23 noyabr, 2022

Azərbaycan Cüdo Federasiyasının həkimləri beynəlxalq seminarda iştirak edir

Xəbər lenti
Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün keçirilən seminar başa çatıb

28-30 noyabr tarixlərində Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. 

Seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edib. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah edilib. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunub.

Seminarın sonunda ACF Prezidentinin müşaviri Natiq Bağırov Azərbaycan Cüdo Federasiyası adından Daniel Laskauya təşəkkür plaketi təqdim edib. Daha sonra məşqçilərə və hakimlərə seminarda iştiraklarına görə sertifikatlar verilib.

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilib.

30 noyabr, 2022
Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olundu

Azərbaycan Cüdo Federasiyasının baş katibinin məsləhətçisi Azər Novruzov 2022-ci ilin noyabr ayından etibarən Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyət göstərməyə başlayıb. Bununla bağlı müqavilə ona Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilir.

A.Novruzovun idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa Çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə Azərbaycan Cüdo Federasiyasında idman meneceri vəzifəsində çalışıb.

A.Novruzov Avstriyanın “SPOWI” şirkəti tərəfindən təşkil edilən İdman Elmi proqramında iştirak edərək idman sahəsi üzrə təhsil alıb. Həmçinin, bu ildən etibarən Beynəlxalq Cüdo Federasiyasının İdmanın idarə edilməsi üzrə bakalavr proqramında təhsilini davam etdirir. 

Azərbaycan Cüdo Federasiyası Avropa Cüdo Birliyinin layihələrində və fəaliyyətində fəal üzv kimi iştirak edir. Əməkdaşlarımızın beynəlxalq qurumlarda təmsil olunması həmin qurumların təcrübələrinin ölkəmizdə tətbiqi, həmçinin ölkəmizin bu sahədəki uğurlarını və təcrübəsini beynəlxalq arenaya çatdırmaq baxımından önəmlidir. Federasiya olaraq, bundan sonra da əməkdaşlarımızın həm Beynəlxalq Cüdo Federasiyası, həm də Avropa Cüdo Birliyinin müxtəlif bölmələrində təmsil olunmaları üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik.

Azərbaycan Cüdo Federasiyası adından Azər Novruzovu təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!

30 noyabr, 2022
Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün seminar keçirilir

28 noyabr 2022-ci ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. 30 noyabra qədər davam edəcək seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.

“Biz artıq yeni Olimpiya dövrünə daxil olmuşuq. Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 Olimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir.”, - deyə Daniel Laskau çıxışında bildirib.

ACF baş katibi Rəşad Rəsullunun sözlərinə görə Federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: “BCF Akademiyası ilə birlikdə başladığımız proqram və BCF-in hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da uğurlu idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin, əsas hədəflərimizdən biri “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyətlər ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxın müddətli, həm də uzunmüddətli gələcəkdə ciddi töhfə verəcək." 

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir.

28 noyabr, 2022

22-23 noyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı ilə seminar keçirilir. Seminarda Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev, gənclərdən ibarət milli yığmanın həkimi Ceyhun Əliyev və yeniyetmələrdən ibarət milli yığmanın həkimi Şahin Məmmədov iştirak edir. 

Seminarda yarışlarda idmançıların aldığı zədələnmələr, onların ağırlıq dərəcəsinə görə təsnifatı, zədələrin önlənməsi yolları və digər mövzular müzakirə olunub. Həmçinin, bir çox təcrübəli həkimlərin qarşılaşdığı hallar və müalicə üsulları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Cüdo Federasiyası idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq milli yığma komandalarının həkimlərinin ən son tədqiqatlardan və tibbi təcrübələrdən xəbərdar olması, idmançılara yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə gələcəkdə də bu cür təkmilləşdirmə seminarlarında iştirak etmələrini planlaşdırır.

Paylaş :

Xəbər lenti

...
Digər
Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün keçirilən seminar başa çatıb

28-30 noyabr tarixlərində Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. 

Seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edib. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah edilib. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunub.

Seminarın sonunda ACF Prezidentinin müşaviri Natiq Bağırov Azərbaycan Cüdo Federasiyası adından Daniel Laskauya təşəkkür plaketi təqdim edib. Daha sonra məşqçilərə və hakimlərə seminarda iştiraklarına görə sertifikatlar verilib.

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilib.

Ətraflı
...
Digər
Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olundu

Azərbaycan Cüdo Federasiyasının baş katibinin məsləhətçisi Azər Novruzov 2022-ci ilin noyabr ayından etibarən Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyət göstərməyə başlayıb. Bununla bağlı müqavilə ona Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilir.

A.Novruzovun idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa Çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə Azərbaycan Cüdo Federasiyasında idman meneceri vəzifəsində çalışıb.

A.Novruzov Avstriyanın “SPOWI” şirkəti tərəfindən təşkil edilən İdman Elmi proqramında iştirak edərək idman sahəsi üzrə təhsil alıb. Həmçinin, bu ildən etibarən Beynəlxalq Cüdo Federasiyasının İdmanın idarə edilməsi üzrə bakalavr proqramında təhsilini davam etdirir. 

Azərbaycan Cüdo Federasiyası Avropa Cüdo Birliyinin layihələrində və fəaliyyətində fəal üzv kimi iştirak edir. Əməkdaşlarımızın beynəlxalq qurumlarda təmsil olunması həmin qurumların təcrübələrinin ölkəmizdə tətbiqi, həmçinin ölkəmizin bu sahədəki uğurlarını və təcrübəsini beynəlxalq arenaya çatdırmaq baxımından önəmlidir. Federasiya olaraq, bundan sonra da əməkdaşlarımızın həm Beynəlxalq Cüdo Federasiyası, həm də Avropa Cüdo Birliyinin müxtəlif bölmələrində təmsil olunmaları üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik.

Azərbaycan Cüdo Federasiyası adından Azər Novruzovu təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!

Ətraflı
...
Digər
Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün seminar keçirilir

28 noyabr 2022-ci ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. 30 noyabra qədər davam edəcək seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.

“Biz artıq yeni Olimpiya dövrünə daxil olmuşuq. Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 Olimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir.”, - deyə Daniel Laskau çıxışında bildirib.

ACF baş katibi Rəşad Rəsullunun sözlərinə görə Federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: “BCF Akademiyası ilə birlikdə başladığımız proqram və BCF-in hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da uğurlu idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin, əsas hədəflərimizdən biri “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyətlər ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxın müddətli, həm də uzunmüddətli gələcəkdə ciddi töhfə verəcək." 

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir.

Ətraflı
...
Digər
Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçildi

Azərbaycan Cüdo Federasiyasının həkimləri 22-23 noyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı keçirilən seminarda iştirak ediblər. Seminar zamanı Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib. 

O, gələn ildən etibarən Avropa Cüdo Birliyinin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək. Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasında fəaliyyət göstərəcək ilk azərbaycanlı həkim olacaq.

“Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçildiyim üçün qürur hissi keçirirəm. Son bir ildə Azərbaycan Cüdo Federasiyası elmi yanaşmaya və təhsilə xüsusi önəm verir, həmçinin cüdonun ölkədə hər ərəfli inkişafı üçün böyük səylər göstərir. Bu il ərzində Federasiyanın həkimləri, fizioterapevtləri və masajistləri bir çox beynəlxalq və yerli seminarlarda iştirak ediblər. Bu vəzifəyə təyin olunmağımla əlaqədar Azərbaycan Cüdo Federasiyasına, Avropa Cüdo Birliyinə və bütün cüdo ailəsinə təşəkkürümü bildirirəm.”, - deyə R.Vəliyev bildirib.

Qeyd edək ki, Ramil Vəliyev 2012-ci ildən cüdo üzrə milli yığma komandaların həkimi vəzifəsində çalışır və 2021-ci ildən baş həkim təyin edilib.

Ətraflı
...
Digər
Gəncədə cüdo təlim mərkəzinə baxış keçirilib

Noyabrın 22-də Gəncədə Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo təlim mərkəzinə ACF prezidenti Rəşad Nəbiyev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən baxış keçirilib.

Məlumat verilib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 814 m2 təşkil edir. Təlim mərkəzində iki dojo (cüdo məşq zalı) vardır və onların sahəsi müvafiq olaraq 230 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Ümumi sahəsi 270 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər zəruri şərait təmin edilib.

Təlim mərkəzində gün ərzində 100, həftə ərzində isə 450 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcəklər. Eyni zamanda, mərkəzdə hakimlər və məşqçilər üçün seminarların və təlimlərin keçirilməsi, həmçinin Gəncə və ətraf rayonlarda cüdo idman növü ilə məşğul olanların həftəlik birgə məşqlərinin (randorilərin), tanınmış idmançıların ustad dərslərinin təşkili də planlaşdırılır. 

Qeyd edək ki, baxış günü Gəncədən olan cüdoçular üçün Olimpiya çempionu Elnur Məmmədli, dünya çempionu Elxan Məmmədov, Olimpiya Oyunları mükafatçısı Mövlud Mirəliyev, dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.

ACF prezidenti Rəşad Nəbiyev bildirib ki, Gəncədəki təlim mərkəzinin istifadəyə verilməsi bu şəhərdə cüdo idman növünün daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Gəncə Azərbaycan cüdosunun əsas mərkəzlərindən biri sayılır və təsadüfi deyil ki, Federasiyanın ilk təlim mərkəzi burada idmançıların istifadəsinə verildi. Bizim əsas məqsədimiz uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir. Eyni zamanda əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə ölkəmizə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının medallarını gətirəcəklər”.

Hazırda Gəncədə 810 nəfər cüdo ilə məşğul olur. 2023-cü ilin sonuna qədər bu rəqəmin 1,500 nəfərə çatdırılması hədəflənir.

Ətraflı
...
Digər
Cüdo idman zallarının maddi texniki bazası yaxşılaşdırılır

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdo idman növünün kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin sağlam həyat tərzinin formalaşdırılması və onların müasir standartlara cavab verən idman zallarında cüdo idman növü ilə məşğul olmaları üçün hərtərəfli tədbirlər həyata keçirir. Belə ki, paytaxt Bakıda və regionlarda cüdo idman zallarının maddi-texniki təminatın möhkəmləndirilməsi, yeni cüdo zallarının tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir  avadanlıqlar ilə təchiz edilməsi istiqamətində işlər görülür.

Bu tədbirlər çərçivəsində, ACF hazırda ölkədə fəaliyyət göstərən cüdo idman zallarının maddi-texniki bazasının yaxşılaşdırılması üçün həyata keçirdiyi layihə çərçivəsində ölkəmizin 30-a yaxın şəhər və rayonunda 50-yə yaxın cüdo idman zalına 3000 ədəddən çox cüdo tatamisinin paylanmasını həyata keçirməkdədir. Bugünə qədər artıq 37 cüdo idman zalına 2000 ədəddən çox cüdo tatamisi paylanılıb. Bu təşəbbüs nəticəsində qeyd edilən idman zallarında təxminən 600 nəfər idmançı ödənişsiz olaraq cüdo idman növü ilə məşğul olacaqlar.

Ölkədə cüdonun inkişafını və daha çox uşaqların, yeniyetmələrin və gənclərin cüdo idman növünə cəlb olunması məqsədi ilə Respublikanın bütün regionlarında şəraitin yaxşılaşdırılması bundan sonra da ACF-in fəaliyyətinin prioritet istiqaməti olaraq qalacaqdır.

Ətraflı
...
Yerli turnirlər
Böyüklər arasında Bakı şəhər çempionatına yekun vurulub

11-12 noyabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçirilib.

Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin ilə birgə təşkilatçılığı ilə baş tutan yarışa 253 idmançı qatılıb. 2 gün davam edən yarışda 14 çəki dərəcəsində medalçılar məlum olub.

Yarışın keçirilməsində əsas məqsəd cari ilin 2-5 dekabrında keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçilməsidir.


Medalçıları təqdim edirik:


Qadınlar


-48 kq. 

1. Leyla Dəmirova 

2. Çinarə Sadıqova 

3. Nuranə Hacızadə


-52 kq. 

1. Zeynəb Məmmədova 

2. Fidan Əliyeva 

3. Fəridə Mirzəyeva

3. Fidan Əliyeva


-57 kq. 

1. Xədicə Qədəşova 

2. Lətifə Aslanova 

3. Gülnarə Bayramova 

3. Röya Cəfərova


-63 kq. 

1. Nigar Əlibəyli 

2. Leyla Atayeva 

3. Nuray Nurməmmədli 

3. Zəhra Əliyeva


-70 kq. 

1. Diana Şoranova 

2. Zeynəbxanım Əsədova 

3. Aysu Həsənova


+78 kq.

1. Qönçə Cəfərli 

2. Nigar Süleymanova


Kişilər


-60 kq. 

1. Nizami İmranov 

2. Nurlan Kərimli 

3. Rəhim Aslanov 

3. Eyvaz Baxşıyev


-66 kq. 

1. İslam Rəhimova 

2. Elşən Əsədov 

3. Tofiq Əliyev 

3. Nicat Şirinov


-73 kq. 

1. Asim Qulamzadə 

2. Kənan Quluzadə 

3. Aydın Rzayev 

3. Qadir Hüseynov


-81 kq. 

1. Elcan Şəfiyev 

2. Çingiz Fəttahov 

3. Məmmədrza Hacızadə 

3. Nahid Tarquliyev 


-90 kq. 

1. Kərim Allahverdiyev 

2. Coşqun Abdullayev 

3. Musa Hüseynli 

3. Məhəmmədəli Əliyev


-100 kq.

1. Rəsul Aydəmirov 

2. Orxan Yaqubov 

3. Bəxtiyar Məmmədov 

3. Nicat Fətəlov


+100 kq. 

1. Kənan Nəsibov 

2. Ramazan Əhmədov 

3. Araz Mehrəliyev 

3. Eldar Əliyev


İdmançılarımızı təbrik edirik!

Ətraflı
...
Digər
Azərbaycanda cüdonun 50 illiyinə həsr olunmuş Qala Şam Yeməyi keçirilib

6 noyabr 2022-ci ildə Azərbaycanda cüdonun 50 illiyinə həsr edilmiş Qala Şam Yeməyi keçirilib. Tədbirdə Azərbaycan cüdo ailəsinin nümayəndələri ilə yanaşı, Azərbaycanın idman ictimaiyyətinin, Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin təmsilçiləri iştirak ediblər.


Tədbirin əvvəlində ölkəmizdə cüdonun 50 illiyinə həsr edilmiş sənədli filmin qısa versiyası nümayiş etdirilib.


Daha sonra Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev qonaqları salamlayaraq bildirib ki, Azərbaycan cüdoçuları ölkəmizi öndə gedən cüdo ölkəsi kimi tanıdıblar: “Azərbaycanda cüdo ən sevilən və kütləvi idman növləri arasındadır. Bu da əlbəttə ki, dövlətimizin başçısı, Zati-aliləri İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində əldə olunub”. 


O, ACF-in əsas məqsədinin bundan sonra da ölkəmizdə cüdo idman növünün inkişafına töhfə vermək, bu idman növü ilə məşğul olan uşaqların və gənclərin sayını artırmaq, cüdonun müsbət və maarifləndirici dəyərlərini cəmiyyətə aşılamaq olduğunu vurğulayıb: “Bu istiqamətdə biz bundan sonra da öz tərəfdaşlarımızla, o cümlədən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyi ilə yaxından əməkdaşlıq etməyə davam edəcəyik”.


Federasiya prezidenti çıxışını son 50 ildə Azərbaycan cüdosunun inkişafında töhfəsi olmuş bütün şəxslərə təşəkkür etməklə bitirib.


Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti Marius Vizer çıxışında bildirib ki, cüdo ailəsi ilə birgə Azərbaycanda cüdonun 50 illik yubileyini qeyd etdiyi üçün çox sevinclidir: “İlk dəfə mən Bakıya 1997-ci ildə səfər etmişdim və cüdo haqqında təqdimat keçirmişdim. Səfər zamanı cüdonun Azərbaycandakı həvəskarları olan istedadlı gənc nəsil idmançılar ilə tanış olmuşdum. Çox sevindirici haldır ki, bu illər ərzində Azərbaycanın komandası dünyanın ən güclü komandalarından birinə çevrilib. Mən cüdonun inkişafı ilə bağlı bütün göstərilən səylərə görə ölkə rəhbərliyinə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevə və federasiya rəhbərliyinə təşəkkür edirəm, idmançılara isə yeni zirvələr fəth etməyi arzu edirəm”.


Gənclər və idman naziri Fərid Qayıbov nitqində cüdo idman növünün ölkəmizdə populyarlığını və Azərbaycanın dəfələrlə cüdo üzrə böyük beynəlxalq turnirlərə ev sahibliyi etdiyini vurğulayıb: “Cüdo Azərbaycanda ən sevilən idman növlərindəndir. Bu il ev sahibliyi etdiyimiz “Bakı Böyük Dəbilqə” turniri yüksək səviyyədə təşkil olunub və turnirdə 5 qitədən 370-ə yaxın idmançı iştirak edib. Federasiya cüdonun inkişafı üçün mühüm işlər görür. Federasiyaya, həm də idmançılara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.


Tədbir zamanı Azərbaycan cüdosunun 50 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2022-ci il tarixli sərəncamları ilə təltif edilən şəxslərə onların layiq görüldükləri dövlət mükafatları təqdim edilib. 


Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən Tərlan Həsənov və Əhməddin Rəcəbliyə “Şöhrət” ordeni, Ceyhun Kələntərova “Tərəqqi” medalı, Sevda Qarayeva və Elnur Məmmədliyə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı təqdim edilib, onlara uğurlar arzu edilib.


Fərid Qayıbov Gənclər və İdman Nazirliyi adından Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyasına Azərbaycanda cüdonun 50 illik yubileyi münasibətilə xüsusi mükafatlar təqdim edib.


BCF prezidenti Marius Vizer tərəfindən Azərbaycanda və ümumiyyətlə dünyada cüdonun inkişafında verdikləri töhfəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası BCF-in qızıl medalı ilə təltif ediliblər. Mükafatlar müvafiq olaraq gənclər və idman naziri Fərid Qayıbova və ACF prezidenti Rəşad Nəbiyevə təqdim edilib. 


Bundan başqa, Ağayar Axundzadə 8-ci dan sertifikatı, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının sabiq prezidenti Füzuli Ələkbərov, dünya və Avropa çempionu Elxan Məmmədov və Olimpiya mükafatçısı Mövlud Mirəliyev Ciqoro Kano heykəlləri ilə təltif ediliblər.


Üçqat Avropa çempionu Elçin İsmayılov, Dünya və Avropa mükafatçısı Kifayət Qasımova və cüdo üzrə  beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov isə BCF-in xüsusi təşəkkür plaketləri ilə mükafatlandırılıblar.


Avropa Cüdo Birliyinin (ACB) prezidenti Laslo Tot tərəfindən ACF-in vitse-prezidenti Elnur Məmmədliyə ACB-nin “Yaxşıların yaxşısı” mükafatı və ACF-in sabiq prezidenti Füzuli Ələkbərova xüsusi təşəkkür mükafatı təqdim edilib.


Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib.


Ətraflı
...
Beynəlxalq turnirlər
Cüdo uşaqlar üçün

Bakı Böyük Dəbilqə turniri həyəcanlı və emosional məqamlar ilə dolu idi. İdmançılarımızın möhtəşəm çıxışları azarkeşlərin onlara göstərdiyi dəstək,  həyəcan və coşqu altında keçirdi. Azarkeşlərin içində çox sayda uşaqlar var idi və onlar möhtəşəm performanslar gözləyirdirlər.

Böyük Dəbilqə turnirinin 3-cü günündə Heydər Əliyev adına idman sarayında, final bloku ərəfəsində idmançıların tunelindən iki cüdoçu çıxdı. Onlardan biri Azərbaycanlı sarı kəmər sahibi səkkiz yaşlı Məhəmməd Şahverdili, digəri isə dünya çempionu və Olimpiya mükafatçısı Səid Mollayi idi. Cüdoçular xüsusi hazırlanmış “#JudoKids finalı” üçün tatamiyə çıxdılar. 

Olimpiya çempionu Elnur Məmmədli səkkiz yaşlı Məhəmmədi, Olimpiya və ikiqat dünya mükafatçısı Mövlud Mirəliyev isə Səidi müşayiət edirdi. Kütlə bu səhnəni böyük izdihamla qarşıladı. Bəlkə də, onların arasında bu səhnədən ilhamlanan gələcəyin çempionları da var idi. 

Görüşü Beynəlxalq Cüdo Federasiyasının hakimi İona Babiuk idarə edirdi. Mübarizənin əvvəlində  Mollayi təzyiq altında qalaraq yerə yıxıldı və erkən “şido” aldı. Olimpiya və dünya mükafatçısı Mollayi əsəbi görsənirdi. Şahverdilinin daha çox soldan hücum etməsi Mollainin vəziyyətini çətinləşdirdi. Səid düzgün tutuşu tutmaq üçün mübarizə aparırdı. Şahverdilinin etdiyi güclü sol “o-goshi” nəticəsində Mollayi arxası üstə yerə endi və Məhəmməd “ippon”-la qalib gəldi. 

Azarkeşlərin dəstəyi altında Şahverdili məşqçisi Elnur Məmmədlinin qucağına atıldı. Onlar qızıl medal əldə edəndən sonra əl-ələ arenanı tərk etdilər. Yarışdan sonra görüşü idarə edən hakim bildirdi ki, mübarizə çox maraqlı keçdi və sevindirici haldır ki, bizim Məhəmməd kimi gələcəyimiz var.

“Mən Elnur Məmmədlini həmişə tanımışam və bu gün hamının qarşısında o mənim məşqçim oldu. Çox xoşbəxtəm və bu gün həyatımın ən qürurlu günüdür. İndi özümə daha çox inanıram”, - Məhəmməd Şahverdili BCF-in saytına verdiyi müsahibəsində bildirib. 

Cüdonun bu cür təbliğ olunması vacibdir, çünki cüdo hamı üçündür! 

Qeyd edək ki, layihə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə həyata keçirilmişdir.

Ətraflı
...
Digər
Bakıda BCF-in Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının 1-ci iclası keçirildi

Noyabrın 5-i Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının 1-ci iclası keçirilib. 

Komissiyanın prezidenti Rəşad Nəbiyev iclasın iştirakçılarını  salamlayıb və bildirib ki, texnologiyalar idmanın bütün sahələrinin inkişafında mühüm rol oynayır: “Cüdoda yeni texnologiyalar tətbiq edildikcə, görürük ki cüdoçular, hakimlər və tədbir təşkilatçıları üçün imkanlar daha da genişlənir”. 

"İdmançıların performansını dəqiq ölçmək və artırmaq üçün yeni texnologiyaların tətbiqi vacib amildir. 360 dərəcə kameraların tətbiq olunması hakimlərin qərarlarının şəffaflığını təmin edir və bundan sonra da cüdoda yeni texnologiyaların tətbiqi həyata keçiriləcək", - deyə Rəşad Nəbiyev qeyd edib. 

Sonra isə BCF-in  komandası Saso Sindik və Simon Mares tərəfindən İT Həlləri ilə bağlı təqdimat keçirilib və komissiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, iclasda BCF-in baş direktoru Vlad Marinesku, maliyyə direktoru İgor Kun,  Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq komissiyasının direktoru David Kevkhishvili, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu da iştirak ediblər. 

Xatırladaq ki, Rəşad Nəbiyev cari ilin aprel ayında Yeni texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri seçilib. Komissiyanın əsas missiyası müasir texnologiyaları tətbiq edərək idmançıların performansını yüksəltmək istiqamətində tədbirlər həyata keçirmək, eyni zamanda, cüdo idman növünün hərtərəfli inkişafına nail olmaqdır.




Ətraflı
...
Beynəlxalq turnirlər
Bakı Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirildi

Noyabr ayının 4-ü Heydər Əliyev adına idman sarayında Bakı Böyük Dəbilqə turnirinin açılış mərasimi baş tutdu. Mərasimin əvvəlində 2022-ci ildə Azərbaycanın cüdo üzrə əldə etdiyi nailiyyətlərə həsr olunmuş video çarx nümayiş olunub. Videoda qeyd edilən il ərzində idmançılarımızın iştirak etdiyi turnirlər, medal verilmə mərasimləri və sevinc dolu anları əks olunmuşdur.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov ölkəyə səfər edən idmançıları və heyətləri salamlayıb və bildirib ki, cüdo Azərbaycanda ən sevilən idman növlərindən biridir: “Cüdo idman növü ölkədə populyardır. Azərbaycan böyük beynəlxalq turnirlərə dəfələrlə ev sahibliyi edib. Ölkədə cüdo üzrə Dünya çempionatı keçirilib, ənənəvi olaraq hər il Bakı Böyük Dəbilqə turniri təşkil olunur. Bizim Olimpiya və Avropa çempionlarımız var. Bu da o deməkdir ki, cənab prezident İlham Əliyevin qayğısı nəticəsində cüdo Azərbaycanda sürətlə inkişaf edir”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti  Rövşən Rüstəmov turnir iştirakçılarını salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib.  O, bildirib ki, bu il  Azərbaycanda cüdonun 50 illik yubileyi qeyd olunur və bu səbəblə Böyük Dəbilqə turnirinə ev sahibliyi etmək  xüsusi əhəmiyyət kəsb edir: “Bu illər ərzində idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər turnirlərdə çoxsaylı medallar qazanıb və ölkəmizin bayrağını daim yüksək tutmaq üçün əllərindən gələni ediblər. Fəxrlə deyə bilərik  ki, bu illər ərzində dövlətimizin başçısı, Zati-aliləri Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan cüdo üzrə idman növü üzrə qabaqcıl ölkələrdən birinə çevrilib.” 

Avropa Cüdo Birliyinin prezidenti Laszlo Tot BCF-in prezidenti adından bütün iştirakçıları salamlayıb və tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirib. O, həmçinin turnirin yüksək səviyyədə keçəcəyini əminliyi vurğulayıb. Laszlo Toth 50 illik münasibəti ilə ACF-i təbrik edib.

Daha sonra Azərbaycan Respublikasının  və Beynəlxalq Cüdo Federasiyasının (BCF) himnləri səsləndirilib.

Açılış mərasiminin sonunda Azərbaycanda Cüdonun 50 illiyinə həsr olunmuş rəqs nümayiş etdirilib.

Ətraflı
...
Beynəlxalq turnirlər
Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib

Noyabrın 4-də Bakıda start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər. 

Mərasimin əvvəlində BCF-in təhsil və kouçinq direktoru Mohamed Meridja BCF-in prezidenti Marius Vizerin adından bütün iştirakçıları salamlayıb. M. Meridja tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirərək, turnirin yüksək  səviyyədə keçəcəyini əminliklə vurğulayıb. 

Daha sonra, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb və bildirib ki, Azərbaycan artıq prestijli turnirlərə ev sahibliyi edən ölkə kimi tanınır. Onun sözlərinə görə, Böyük Dəbilqə turniri Paris 2024 Olimpiya oyunlarına lisenziyalı xalları  qazandırmaq baxımından çox vacib turnir hesab olunur. 

BCF-in hakimlərinin baş direktoru Daniel Laskau bildirib ki, BCF-in hakimlər komitəsi tərəfindən sizlərə əminliklə deyə bilərik ki, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcəkdir. 

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu BCF-ə, Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə öz təşəkkürünü bildirib və bütün  dünyadan yeni istedadlarla yanaşı ən reytinqli idmançıların turnirə qatılmasını qürurverici hal kimi qiymətləndirib. Onun sözlərinə görə, ACF Beynəlxalq Cüdo Federasiya ilə birgə turnirə yüksək səviyyədə  hazırlaşıb və turnirin beynəlxalq təşkilati standartlarına uyğun keçiriləcəyini bildirib. 

Mərasim zamanı BCF-in tədbirlər direktoru Lisa Allan Bakı Böyük Dəbilqə turniri haqqında məlumat verib və püşk atma mərasiminə start verilib. 

Qeyd edək ki, turnirdə 61 ölkədən 400 yaxın idmançı iştirak edəcək. Azərbaycan milli yığması isə turnirdə 37 idmançı ilə təmsil olunacaq. Püşkatmanın nəticələrini sizlərə təqdim edirik.

Ətraflı
...
Digər
İdman fotoqrafları üçün beynəlxalq təlim keçirildi

Bakı Böyük Dəbilqə turniri ərəfəsində noyabr ayının 3-ü idman fotoqrafları üçün beynəlxalq təlim təşkil edib. Təlim Heydər Əliyev adına idman sarayında BCF-in fotoqrafları Qabriela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən keçirilib.

Təlimin nəzəri hissəsində Qabriela Sabau idman fotoqrafiyası sənətinin xüsusiyyətləri  haqqında məlumat verib. O bildirib ki, yarış zamanı çox saylı şəkillər çəkmək və əsas anı ölümsüzləşdirmək üçün hər zaman hazır olmaq lazımdır: “Turnir zamanı təkcə ilk görüşlərdən 2 000 şəkil çəkilir, onların içindən 50-si seçilir, reportaj və sayt üçün hazırlanır”. Qabrielanın sözlərinə görə, əsas proses tataminin üzərində baş versə də, tataminin ətrafında məşqçilərin və azarkeşlərin göstərdiyi emosiyaların kadrlarda əks olunması bu işin ən əsas özəliklərindən biridir: “Yarışlardan sonra  çalışırıq daha çox məşqçilərin yanında olaq. Çünki yarışlardan sonra məşqçilər və idmançılar arasında olan emosiyalar çox möhtəşəm olur. Bu kadrlar hər zaman çox sevilir və yadda qalır.” Həmçinin təlimdə məlumat verildi ki, Bakı Böyük Dəbilqə turniri zamanı operativ fotoreportajların hazırlanması üçün yeni sistemdən istifadə olunacaq. 

Təlimin praktiki hissəsində idmançılar fəndləri nümayiş ediblər və idman fotoqrafları Qabriella Sabaunun, eləcə də Tamuna Kulumbeqaşvili müşahidəsi altında peşəkar şəkillər çəkiblər.

Təlimin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklər ilə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir. 

Sonda iştirakçılara sertifikat təqdim olunub.

Ətraflı
...
Digər
Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazandı

27-29 oktyabrda Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. İmtahan BCF-in hakimlər üzrə direktoru Daniel Florin Laskau və BCF-in hakimlər üzrə komissiyasının katibi Tonino Çyurliyan tərəfindən keçirilib. İmtahanda ACF-in hakimlər komitəsinin üzvü Arzu Acalova da iştirak edib.

Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, həmin tarixlərdə keçirilən böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən Arzu Acalova “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Xatırladaq ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və ACF-in hakimlər heyətinin üzvü Nazim Umbayev “A” kateqoriyalı hakim, ACF-in hakimlər heyətinin üzvləri Bəhriyyə Hüseynova və Elşad Əsədov isə “B” kateqoriyalı hakim statusu qazanıblar.

Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.

Arzu Acalovanı Azərbaycan cüdo ailəsi adından təbrik edir, gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzu edirik!

Ətraflı
...
Digər
Azərbaycan Cüdo Federasiyasının yeni saytının təqdimatı olub

28 oktyabrda Azərbaycan Cüdo Federasiyasının (ACF) yenilənmiş www.judo.az saytının təqdimat mərasimi keçirilib. Azərbaycan cüdosunun əsas internet resursu olan sayt müasir dizayn, təhlükəsizlik və istifadəçi rahatlığı standartlarını əsas tutmaqla yenidən hazırlanıb. 


Saytda cüdo idman növü haqqında ümumi məlumat, həmçinin bu idman növünün dəyərləri, qaydaları və terminləri barədə geniş məlumat əldə etmək mümkündür. Bundan başqa, həm xarici, həm də yerli yarışların interaktiv qaydada əks olunan təqvimi mövcuddur. Onlayn resurs vasitəsilə həmin yarışların canlı yayımı da həyata keçiriləcək. Saytda Azərbaycan cüdosu barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Milli yığmaların performans, məşqçi, tibbi və digər dəstək heyətləri, milli yığma üzvləri olan cüdoçular, hakimlər və yarışların nəticələrini əks etdiriən protokollar haqqında geniş informasiyanı istifadəçilər saytdan əldə edə bilərlər. Judo.az-da həmçinin ACF, onun rəhbərliyi və əməkdaşları, rəsmi sənədləri barədə müvafiq məlumatlar verilib. Vətəndaşların sayt vasitəsilə ACF rəhbərliyinə müraciəti üçün imkan yaradılıb. Saytın “Şərəf lövhəsi” bölümündə Azərbaycan cüdosunda önəmli nailiyyətləri olan cüdoçularımız haqqında məlumatlar yerləşdirilib.


Tədbirdə federasiyanın baş katib Rəşad Rəsullu saytın yenilənməsini zəruri edən amillərdən danışarkən bildirib ki, məlumatların əlçatanlığının təmin edilməsi, eləcə də hadisələrin və turnirlərin operativ işıqlandırılması baxımından ACF-in veb saytının yenilənməsi vacib idi: “Saytın yenilənməsində məqsəd istifadəçilərin, bu sahədə çalışan jurnalistlərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır. Yeni sayt həm federasiyanın əsas rəsmi məlumat resursu, həm də cüdo idman növündə olan nailiyyətləri əks etdirən portal rolunu oynayacaq. Veb sayt vasitəsilə cüdoda olan ən son xəbərləri, yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəyik”.


Növbəti mərhələdə saytın daha da təkmilləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulub. Buna ölkədəki cüdo idman klubları və idman təşkilatları haqqında rayonlar, şəhərlər və bölgələr üzrə məlumatların yerləşdirilməsi, klubların onlayn lisenziyalaşdırılması və bir çox digər proseslərin rəqəmsallaşdırılması daxildir.


Təqdimat zamanı həmçinin bildirilib ki, ACF artıq məlumat bazasının idarə olunması və daxili yarışların təşkili üzrə yeni proqram təminatından istifadə etməyə başlayıb. Beynəlxalq Cüdo Federasiyasının tövsiyə etdiyi proqram təminatı həmçinin yerli yarışları da canlı olaraq saytda yayımlamağa imkan yaradacaq.


Ətraflı